Ötən ay ölkədə 742,1 kiloqram gümüş istehsal edilib

2021.12.18 14:08 (UTC+04:00)

Noyabr ayında mədənçıxarma sənayesində istehsal olunmuş əsas məhsul növlərindən sayılan qiymətli metal filizlərinin 742,1 kiloqramı gümüşün payına düşüb.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, bu göstərici oktyabrla müqayisədə 294,3 kiloqram çox olub.

Dekabrın 1-nə olan vəziyyətə əsasən, hazır gümüş ehtiyatı 556,8 kiloqram təşkil edib.