Tokioda Azərbaycan Ticarət Evi açılacaq

2021.12.17 18:32 (UTC+04:00)

Tokioda Azərbaycan Ticarət Evi açılacaq.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Yaponiyanın ölkəmizdəki səfiri Cuniçi Vada ilə biznes dairələri arasında əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və Tokioda Azərbaycan Ticarət Evinin yaradılması barədə fikir mübadiləsi apardıq”, - deyə nazir qeyd edib.