Yeddi ayda 198 milyon manatlıq kompüter, elektron və optik məhsullar istehsal edilib

2021.12.17 18:03 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında kompüter, elektron və optik məhsulların istehsalı artıb.

Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, 11 ay ərzində kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 198 milyon manatlıq məhsul istehsal olunub. 2020-ci ilin müvafiq ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 11,9 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 19,1 faiz azalıb.

Hesabat dövründə ötən ilin yanvar-noyabr aylarına nisbətən 1000 voltadək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 59,8 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 34,9 faiz artıb.