Ərzağın, içki və tütünün istehlak qiymətləri indeksi artıb

2021.12.17 16:00 (UTC+04:00)

Cari ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin müvafiq dövrü ilə müqayisədə 106,2 faiz olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, həmin dövr ərzində istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq malları üzrə 104,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə isə 105,4 faiz təşkil edib.