Cari ilin yanvar-noyabr aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 0,7 faizi informasiya və rabitə sahələrində xidmətlərin göstərilməsinə sərf olunub.
Dövlət Statistika Komitəsinin məlumatlarında bildirilir ki, əsas kapitala yönəldilmiş vəsaitin 83,4 milyon manatı informasiya və rabitə sahəsinin, o cümlədən 79,6 milyon manatı rabitənin payına düşüb.