"Azexport" ABŞ-ın Corc Mason Universitetində təqdim olunub

2019.04.04 18:20 (UTC+04:00)

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Azexport" portalının rəhbəri Zaur Qardaşov ABŞ-ın Vaşintqon şəhərində Corc Mason Universitetində "İstehlakçı Ödənişləri və Elektron Maliyyə Akademiyası" mövzusunda keçirilən konfransda Azərbaycanı təmsil edib. "VISA International" şirkətinin dəstəyi, George Mason Univerisitetinin təşkilatçılığı ilə reallaşan tədbirdə 30-dan artıq ölkəni, o cümlədən ABŞ-ın 10-a yaxın ştatını təmsil edən nümayəndələr iştirak ediblər. Zaur Qardaşov tədbir iştirakçılarına Azərbaycanda fəaliyyət göstərən Rəqəmsal Ticarət Qovşağı və "Azexport" portalı barədə ətraflı məlumatlar çatdırıb.

Qeyd edək ki, "Azexport" portalı ilə beynəxalq "VISA International" şirkəti arasında mütəmadi əməkdaşlıq əlaqələri aparılır. Bu şirkət Azərbaycanda "Apple Pay", "Google Pay" və "Samsung Pay" kimi ödəniş sistemlərinin işinin təmin edilməsi, o cümlədən qeyd olunan sistemlərin və bank kartlarının nəqliyyatda alternativ ödəniş üsulu kimi istifadə edilməsi üçün qanunvericiliyin uyğunlaşdırılması, rəqəmsal platformanın hazırlanması və digər bu kimi istiqamətlərdə dəstək göstərilir.