İnformasiya və rabitə müəssisələri ötən ay 207,4 milyon manatlıq xidmət göstərib

2021.12.16 12:26 (UTC+04:00)

Noyabr ayında informasiya və rabitə müəssisələri tərəfindən 207,4 milyon manatlıq xidmət göstərilib.

Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, oktyabr ayı ilə müqayisədə bu göstərici 5,1 milyon manat çox olub.