Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə İnkişaf Fondunun icraçı direktoru vəzifəsini icra edən Sultan Abdulrahman Əl Marshad ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə potensial investisiya layihələrinin mübadiləsinə, agentliyin yaradılmaqda olan KOB İnkişafı Fondu ilə əməkdaşlıq perspektivlərinə və hər iki ölkənin KOB-larının iştirakı ilə birgə layihələrin həyata keçirilməsinə maliyyə dəstəyinin göstərilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.