Azərbaycan Mərkəzi Bankı (AMB) 2022-ci ildə nağdsız ödənişlər üzrə qeydə alınan nəticələrin ikiqat artırılmasını hədəfləyir.
Bu barədə AMB-nin Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova dekabrın 15-də “Rəqəmsal həllər və təhlükəsizlik” mövzusunda keçirilən onlayn formatda təlimdə deyib.