KİV nümayəndələri üçün Azərbaycan Standartlaşdırma İnstitutu PHŞ-in laboratoriyalarına mediatur təşkil olunub

2021.12.15 13:03 (UTC+04:00)

Dekabrın 15-də İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Metrologiya İnstitutu” (AzMİ) və “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-in laboratoriyalarına media-tur təşkil olunub.

KİV nümayəndələri media-tur çərçivəsində laboratoriyalar haqqında ətraflı məlumat alıb, onların iş prinsipi ilə tanış olublar.

Əvvəlcə media işçiləri Metrologiya İnstitutunda İnstitutun Kalibrləmə laboratoriyası ilə tanış olublar. Məlumat verilib ki, İnstitutun əsas fəaliyyət istiqamətləri dövlət kəmiyyət vahidi etalonlarının əldə olunması (hasil edilməsi), saxlanılması və dövlət kəmiyyət vahidi etalonlarından kəmiyyət vahidlərinin ötürülməsinin, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarının həyata keçirilməsinin təmin edilməsidir.

Qeyd olunub ki, AzMİ 40 dan çox dövlət kəmiyyət vahidi etalonlarının saxlayıcısıdır.