Bolqarıstan hökuməti ölkəyə idxal edilən təbii qaz və elektrik enerjisi üçün əlavə dəyər vergisinin (ƏDV) dərəcəsinin azaldılması ilə bağlı qərarı təsdiqləyib. Yaxın bir neçə gün ərzində Bolqarıstan hökuməti tərəfindən müvafiq tələblə Avropa Komissiyasının aidiyyəti komitəsinə müraciət olunacaq.
“Bolqarıstan energetika sektorunda güzəştlər əldə etmək niyyətindədir və bu məsələ Avropa Komissiyası səviyyəsində həll edilməlidir”, - Bolqarıstanın maliyyə naziri Valeri Belçev bildirib.
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) 2006-cı ildə qəbul etdiyi direktivə əsasən, İttifaqa üzv ölkələr enerji daşıyıcılarının tədarükü üçün aşağı vergi tarifləri qəbul edə bilərlər. Bu sahədə mövcud qaydaların tətbiqi ilə bağlı məsələləri isə Avropa Komissiyasının kollegiyası həll edir.