Belarus və Rusiyanın daxil olduqları İttifaq Dövləti çərçivəsində vergi məsələləri üzrə komitənin yaradılması planlaşdrılır. TASS informasiya agentliyinin xəbərinə görə, bu barədə İttifaq dövlətinin dövlət katibi Dmitri Mezentsev məlumat verib: “Vergi və gömrük qanunvericiliyinin uyğunlaşdırılması proqramı və gömrük sahəsində əməkdaşlıq çərçivəsində dolayı vergilərə və gömrük orqanları arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair vergitutmanın ümumi prinsipləri ilə bağlı beynəlxalq sazişlər imzalanacaq. İttifaq Dövlətinin birgə məsləhət orqanının – vergi məsələləri üzrə komitəsinin yaradılması təklif olunub”.
Mezentsev qeyd edib ki, İttifaq Dövlətinin Daimi komitəsi bu dövlətin gömrük komitəsi strukturunda dövlətlərarası mərkəzin yaradılmasına cəlb olunub: Belarusun Dövlət Vergi Komitəsi ilə Rusiyanın Federal Gömrük Xidmətinin birgə əməkdaşlığı çərçivəsində yeni komitənin İttifaq Dövlətinin büdcəsindən 2022-ci ilin iyul ayından maliyyələşdirilməsi məsələsi üzərində iş aparılır”.