“Amazon” ədalətsiz rəqabətə görə cərimə ödəmək məcburiyyədindədir

2021.12.15 13:34 (UTC+04:00)

Avropalı rəqiblərindən önə keçən Amerikanın “Amazon” şirkəti İtaliyada böyük müqavimətlə qarşılaşıb. Ölkənin rəqabətə nəzarət edən qurumu rəqiblərinə elektron ticarət və logistika xidmətlərinin göstərilməsində zərər verdiyi üçün “Amazon”a 1,13 milyard avro məbləğində cərimə kəsib.

Avropa bazarında vergilər və xarici iştirakçılarla əlaqədar olaraq tənzimləyici qurumlar getdikcə öz fəaliyyətlərini sərtləşdirirlər. Noyabr ayında Avropanın Ümumi Yurisdiksiyalı Məhkəməsi “Google” şirkətinə rəqiblərinə qarşı fərqli qaydalar tətbiq edərək onların mənafeyinə ziyan vurduğuna görə 2,42 milyard avro həcmində cərimə kəsmişdi.