Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev ilə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olub

2021.12.14 19:05 (UTC+04:00)

Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında Brüsseldə Alyansın mənzil-qərargahında görüş olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, NATO-nun Baş katibi Yens Stoltenberq dövlətimizin başçısı İlham Əliyevi qarşılayıb.

Sonra rəsmi foto çəkdirilib.