Dekabrın 14-də Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanət Fondu” ASC–nin AZ2055008687 ISIN-li, 40 milyon manat həcmində, 9720 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
BFB-dən bildirilib ki, hərrac zamanı 3 investor tərəfindən üç sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 95 milyon manat, istiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 40 milyon manat olub. İstiqrazlar 2048-ci il iyulun 25-də ödəniləcək.