Türkiyə şirkətləri Azərbaycanda 15,4 milyard dollar həcmində podrat layihələri reallaşdırıblar.
Bu barədə Türkiyənin ticarət naziri Mehmet Muş dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib.
“Türkiyə şirkətləri Azərbaycanda 455 podrat layihəsi reallaşdırıblar. Üçüncü ölkələr vasitəsilə sərmayələr daxil olmaqla, Türkiyənin Azərbaycana investisiyalarının ümumi məbləği 12 milyard dollara çatır”, - deyə nazir qeyd edib.