Gürcüstanda Azərbaycan və Türkiyə sərmayəsi ilə qurulan 1000-dək şirkət fəaliyyət göstərir

2021.12.14 15:53 (UTC+04:00)

Azərbaycan və Türkiyə Gürcüstanın ticarət tərəfdaşları arasında liderdir.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib.

Nazir qeyd edib ki, sərmayə baxımından da Azərbaycan və Türkiyə Gürcüstan üçün aparıcı investorlardır. Gürcüstanda Azərbaycan və Türkiyə sərmayəsi ilə qurulan 1000-dək şirkət fəaliyyət göstərir.