Naxçıvan Muxtar Respublikası vergilər üzrə proqnozların icrasını təmin edib

2019.04.04 16:59 (UTC+04:00)

2019-cu ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə müəyyən olunmuş proqnoz 108,8 faiz icra edilib ki, bu da ötən ilin müvafiq dovrü ilə müqayisədə 15 faiz çoxdur. Daxil olmuş vəsaitlərin 31,6 faizi dövlət sektorunun, 68,4 faizi isə özəl sektorun payına düşür. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,8 faiz artıb. Məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 137, işsizlikdən sığorta üzrə proqnoza isə 142,8 faiz əməl edilib. Hesabat dövrü ərzində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyi üzrə sahibkarlıq uçotuna alınmış 1334 fiziki şəxsin 64,2 faizi muxtar respublikanın rayonlarının payına düşüb, 9 kommersiya hüquqi şəxsi dövlət qeydiyyatına alınıb.

Vergi ödəyiciləri ilə aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsidir ki, 2018-ci ilin ikinci yarımilindən başlayaraq, nazirlik hər rübü vergi borcu olmadan başa vurur.