Mikayıl Cabbarov: Qarabağla bağlı sahibkarlardan 921 müraciət daxil olub

2021.12.14 14:16 (UTC+04:00)

Bu günədək işğaldan azad edilmiş ərazilərlə bağlı sahibkarlardan 921 müraciət daxil olub.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib.

“Bu müraciətlərdən 283-ü xarici şirkətlərdən daxil olub. Türkiyə şirkətləri daha çox üstünlük təşkil edir. Türkiyədən daxil olmuş 19 investisiya təklifinin 14-ü üzrə investisiyaların həcmi 6,5 milyard manata çatır”, - deyə nazir qeyd edib.