Təhsil haqları hansı formada ödənilməlidir?

2021.12.14 16:21 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq təhsil haqlarını nağd qaydada qəbul edən şəxsə qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsaslandırma: Vergi Məcəlləsinin 58.7-1.7-ci maddəsi, “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.4.8-ci maddəsi