Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın qeyri-neft ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 45 faiz artıb.
Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti vəzifəsini icra edən Yusif Abdullayev dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib.