Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 33 faiz artıb.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov dekabrın 14-də Bakıda keçirilən Azərbaycan-Gürcüstan-Türkiyə biznes forumunda deyib.
Nazir qeyd edib ki, Azərbaycan Gürcüstana ən çox sərmayə yatıran ölkələrdən biridir. Belə ki, Azərbaycan Gürcüstana 3,3 milyard dollar investisiya yatırıb.