İsveçrənin Əməkdaşlıq Bürosunun Cənubi Qafqazdakı nümayəndəsi Alberto Ernandes Bakıda mətbuat konfransında deyib ki, İsveçrənin 2022-2025-ci illər üzrə Cənubi Qafqaz regionu üçün əməkdaşlıq proqramı, əsasən, inklüziv iqtisadi inkişaf, iqtisadi idarəetmə və iqlim dəyişikliklərinə dayanıqlılığı əhatə edir.
Onun sözlərinə görə, proqramın büdcəsi təxminən 86 milyon dollardır. Bu məbləğin 50 milyona yaxını regional layihələrə yönəldiləcək: “Yeni əməkdaşlıq proqramı Azərbaycanın ortamüddətli perspektivdə tələblərini nəzərə alır və regionda əməkdaşlığın inkişafı, dövlət institutlarının möhkəmlənməsi, əlavə iş yerlərinin yaradılmasına istiqamətlənib".