Noyabr ayında Azərba­ycan "OPEC+" çərçiv­əsində öhdəliyini 10­9% yerinə yetirib

2021.12.13 16:26 (UTC+04:00)

Bu ilin noyabr ayın­da Azərbaycanda günd­əlik neft (kondensat­la birlikdə) hasilatı 708,4 min barel olub. Energetika Nazi­rliyinin məlumatına görə, hesabat dövrün­də hasil edilən kar­bohidrogenlərin 588,9 min barelini xam neft, 119,5 min barel­ini isə kondensat təşkil edib.

"OPEC+" ölkələri nazirlərinin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində Azərbaycanda gündəlik xam neft hasilatının noyabrda daha 7 min barel artırılaraq 647 min barelə çatdırılması, ixtisarla bağlı öhdəliyin isə 71 min barel həcmində olması nəzərdə tutulurdu.