Vergilər Nazirliyinin nümayəndələri Gürcüstanda səfərdə olublar

2019.04.05 14:25 (UTC+04:00)

Azərbaycanda malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsinə və bununla bağlı məlumatların xüsusi proqram təminatı ilə yığılmasına xidmət edən Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat - "Track and Trace" ("Təqib və izləmə") sisteminin tətbiqi nəzərdə tutulur.

Vergilər Nazirliyinin Beynəlxalq vergitutma və vergi monitorinqi departamentinin baş direktoru Zaur Fətizadənin, Rəqəmsal vergi inzibatçılığı departamentinin baş direktoru Ülvi Mansurovun və İqtisadiyyat sahələrinin ekspertizası və təhlili idarəsinin direktoru Azər Süleymanovun Gürcüstanın Maliyyə Nazirliyinin Gəlir Xidmətinə səfərinin məqsədi "Təqib və izləmə" sistemi ilə əlaqədar təcrübə mübadiləsi aparmaq olub. Səfər çərçivəsində Gürcüstanın Gəlir Xidmətinin nümayəndəsi mövzu ilə əlaqədar təqdimatla çıxış edib. Ölkəmizin təmsilçiləri Gürcüstan qanunvericiliyinə əsasən aksiz markası ilə markalanmalı olan malların (pivə və alkoqollu olmayan içkilər) istehsalı ilə məşğul olan zavodun səlahiyyətli şəxsləri ilə görüşlər keçirib və sistemin tətbiqi ilə tanış olublar.