Xarici ticarət və ticarət tarifləri işçi qrupunun “2021-ci il üzrə Fəaliyyət Planının yekunlarının və 2022-ci il üçün Fəaliyyət Planı layihəsinin müzakirəsi” mövzusunda növbəti iclası keçirilib

2021.12.10 18:10 (UTC+04:00)

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın Xarici ticarət və ticarət tarifləri üzrə işçi qrupunun video-konfrans formatında keçirilən iclasında aidiyyəti dövlət qurumlarının, ticarət və sənaye palatalarının, digər aidiyyəti qurum və şirkətlərin məsul şəxsləri iştirak ediblər.

İclasda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov hesabat dövrü ərzində ölkəmizdə xarici ticarət sahəsində əlverişli biznes mühitinin yaradılması ilə bağlı həyata keçirilmiş tədbirlər haqqında məlumat verib, bu tədbirlərin beynəlxalq indekslərdə ölkəmizin mövqeyinin daha da yüksəlməsinə töhfə verəcəyini bildirib.

Tədbirdə 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası ilə bağlı görülmüş işlər haqqında müzakirələr aparılıb, əvvəlki iclas Protokolunun qərarlar bölməsindəki tədbirlərin icra vəziyyəti ilə bağlı işçi qrupun üzvlərinin çıxışları dinlənilib, habelə 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə edilərək yekun layihənin Komissiyanın Katibliyinə təqdim edilməsi tövsiyə olunub.