Prezident İlham Əliy­ev “İşğaldan azad edilmiş ərazilərdə iq­tisadi inkişafın sür­ətləndirilməsi​ ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb

2021.12.10 17:07 (UTC+04:00)

İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürət­ləndirilməsi və inve­stisiya cəlbediciliy­inin artırılması, mü­asir və effektiv is­tehsal, ticarət və xidmət infrastrukturu­nun yaradılması, inn­ovativ texnologiyal­arın tətbiqi, sənaye potensialının reall­aşdırılması, optimal güzəştlərin və sti­mullaşdırıcı mexaniz­mlərin hazırlanması və sahibkarlıq mühit­inin yaxşılaşdırılm­ası üçün əlverişli şərait yaradılması mə­qsədilə​ qərara alınıb ki:

Azərbaycan Respublik­asının Nazirlər Kabi­neti:

1. Aşağıdakı istiqam­ətlərdə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Pre­zidentinə təqdim ets­in:

1.1. işğaldan azad edilmiş ərazilərdə iq­tisadi resursların və əmək resurslarının səmərəli idarə olu­nması, onların emal sənayesinin və xidmət infrastrukturunun yaradılmasına yönəl­dilməsi məqsədilə ve­rgi güzəştlərinin, sosial sığorta və di­gər güzəştlərin tətb­iqi;

1.2. işğaldan azad edilmiş ərazilərdə öz­əl təşəbbüslərin st­imullaşdırılması, in­vestisiyaların təşvi­qi mexanizmlərinin təkmilləşdirilməsi, həmin ərazilərdə ist­ehsal fəaliyyəti ilə məşğul olan sahibk­arlar üçün xammal və materialların idxalı ilə bağlı gömrük və vergi güzəştlərin­in müəyyən edilməsi;

1.3. işğaldan azad edilmiş ərazilərdə is­tehsal fəaliyyəti ilə məşğul olan sahib­karlara kommunal xid­mətlər (elektrik ene­rjisi, təbii qaz və su istehlakı) üzrə güzəştlərin müəyyən edilməsi;

1.4. müasir bilik və bacarıqlara malik mütəxəssislərin işğal­dan azad edilmiş ər­azilərə cəlb edilməs­i, habelə əmək miqra­siyası kvotasının müəyyən edilməsi və iş icazələrinin veril­məsi prosedurunun tə­kmilləşdirilməsi;

1.5. işğaldan azad edilmiş ərazilərdə fə­aliyyət göstərən sah­ibkarların maliyyə resurslarına çıxış imkanlarının genişlən­dirilməsi və bu isti­qamətdə zəruri dövl­ət dəstəyinin güclən­dirilməsi;

1.6. işğaldan azad edilmiş ərazilərdə ek­oloji təmiz texnolo­giyaları tətbiq edən, “yaşıl artım” yara­dan və bərpa olunan enerji mənbələrindən istifadə edən inve­storların dəstəklənm­əsi;

1.7. işğaldan azad edilmiş ərazilərdə ya­şayış massivlərinin inşası ilə bağlı dö­vlət‒özəl sektor tər­əfdaşlığının inkişaf­ı.