Cari ilin yanvar-noyabr aylarında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 106,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 107,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 104,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,4 faiz təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, cari ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 101,9 faiz, əvvəlki ilin noyabr ayına nisbətən isə 114,9 faiz olub.