Qeyri-neft sektorunun özəl bölməsində 773 mindən çox əmək müqaviləsi bağlanıb

2021.12.10 13:13 (UTC+04:00)

Cari ilin dekabrın 1-nə qeyri-neft sektorunun qeyri-dövlət bölməsində 773 min 133 əmək müqaviləsi bağlanıb.

Dövlət Vergi Xidmətindən bildirilib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 233 min 211 vahid çoxdur.

Məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda müşahidə olunan əhəmiyyətli artım əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.