Startap şəhadətnaməsi əldə edənlərin 50 faizi gənc startaplardır

2021.12.10 12:39 (UTC+04:00)

Bu günədək 27 sahibkarlıq subyektinə şəhadətnamə verilib.

Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov dekabrın 10-da Bakıda keçirilən “Gənc sahibkarların II forumu”nda deyib.

“Startap şəhadətnaməsi əldə edənlərin 50 faizə qədəri gənc startaplardır. Son illər gənclər xüsusi olaraq rəqəmsal texnologiyalara əsaslanan məhsul və xidmətlərə daha çox meyillidirlər. Bununla bağlı, KOBİA tərəfindən “Startap” şəhadətnaməsinin verilməsinə başlanılıb. “Startap” şəhadətnaməsi sahibkarı 3 il müddətinə innovasiya fəaliyyətindən əldə etdiyi gəlirlər üzrə mənfəət və gəlir vergisindən azad edir. “Startap” şəhadətnaməsi, həmçinin startapa yerli və xarici investorların marağını artırır, xarici bazarlara çıxışını asanlaşdırır”, - deyə O.Məmmədov qeyd edib.