Eyni SİM-kartda bir şəxsə neçə Asan İmza sertifikatı təqdim edilə bilərmi?

2021.12.16 17:40 (UTC+04:00)

Dövlət Vergi Xidmətindən “vergiler.az” saytına bildirilib ki, bir ASAN İmza SİM-kartı üzrə yalnız bir “Şəxsi” tipli sertifikat və qeyri-məhdud sayda “İş” tipli sertifikat təqdim edilə bilər. Eyni SİM-kartda bir şəxsə həm “İş”, həm də “Dövlət və bələdiyyə” tipli sertifikat təqdim edilə bilməz.

Əsaslandırma: “Elektron imza üçün sertifikat xidmətlərinin göstərilməsi üzrə İstifadəçi Təlimatı”nın 6.4-cü bəndi