Cari əməliyyatlar hesabının profisiti ÜDM-in 10,7 faizini təşkil edib

2021.12.09 14:02 (UTC+04:00)

Bu ilin yanvar-sentyabr ayları üzrə cari əməliyyatlar hesabının profisiti 3,9 milyard dollar və ya ÜDM-in 10,7 faizini təşkil edib (2020-cu ilin 9 ayı üzrə 208,3 milyon dollar kəsir olub).

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 2,1 dəfə artaraq 8,2 milyard dollar, qeyri-neft sektoru üzrə cari əməliyyatlar balansının kəsiri isə 1,5 faiz artaraq 4,3 milyard dollar məbləğində olub.