Doqquz ayda tədiyə balansının ümumi saldosu 2,4 milyard dollar olub

2021.12.09 13:29 (UTC+04:00)

Cari ilin 9 ayında tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib. Hesabat dövründə tədiyə balansının ümumi saldosu 2 milyard 437 milyon ABŞ dolları təşkil edib.

Azərbaycan Mərkəzi Bankından bildirilib ki, cari əməliyyatlar balansında 3,9 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 1,5 milyard dollar kəsir yaranıb, ehtiyat aktivləri 2,4 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 62 dollar/barel olub, qeyri-neft ixracı isə 38 faiz artaraq 1,7 milyard dollar səviyyəsində formalaşıb.