Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun iclası keçiriləcək

2021.12.09 12:28 (UTC+04:00)

Dekabrın 10-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Biznesə başlama, vergi və hesabatlılıq” işçi qrupunun növbəti iclası keçiriləcək.

İclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərin və işçi qrupun əvvəlki iclasının protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, habelə hüquqi şəxslərin ləğvi prosesi ilə bağlı təkmilləşdirmə planının, “Biznesə başlama, vergi və hesabatlılıq” sahəsində məlumatlılığın artırılması və ictimai iştirakçılığın təmin edilməsi üzrə Kommunikasiya Strategiyasının müzakirəsi nəzərdə tutulur. İclasda, həmçinin, 2022-ci il üçün Fəaliyyət Planının müzakirə edilməsi planlaşdırılır.

İşçi qrupun iclası saat 15:00-da “Zoom” onlayn platforması vasitəsilə keçiriləcək. Qeyd olunan fəaliyyət sahəsi üzrə müzakirələrə təklif vermək istəyən şəxslər, o cümlədən özəl sektor nümayəndələri https://azranking.az saytında “Rəqəmsal Təqvim” bölməsində yaradılmış müvafiq səhifəyə keçməklə (https://bit.ly/3IzmyCb) iclasın gündəliyi ilə tanış ola, həmin bölmədən, eləcə də “Onlayn Müraciət” bölməsinə daxil olmaqla müvafiq sahə üzrə öz təkliflərini göndərə bilərlər.