Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə investisiya qoyuluşu imkanları müzakirə edilib

2021.12.09 11:33 (UTC+04:00)

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Səudiyyə Ərəbistanı Krallığının Milli Şirkətlərin Təşviqi Proqramının (NCPP) baş direktoru Badr Al Badrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Səudiyyə Ərəbistanın İnvestisiya Nazirliyinin (MISA), İnvestisiya İdarəsinin və NCPP-nin nümayəndələrinin iştirak etdiyi görüşdə KOB sahəsində əməkdaşlıq və investisiya qoyuluşu imkanlarına dair fikir mübadiləsi aparılıb.

Görüşdə həmçinin, Agentliyin fəaliyyəti, KOB-lara, eləcə də ölkəmizə investisiya qoyuluşunda maraqlı olan xarici iş adamlarına KOBİA tərəfindən göstərilən dəstək barədə məlumat verilib.