Noyabrda Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 377,1 milyon manat olub.
Komitədən bildirilib ki, keçən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 110 milyon 107 min manat, əlavə dəyər vergisi üzrə 248 milyon 679 min manat, aksizlər üzrə 14 milyon 153 min manat, yol vergisi üzrə isə 4 milyon 235 min manat təşkil edib.