Azərbaycanda rəqəmsal manatın yaradılması ilə bağlı tədqiqatlar aparılır

2021.12.08 16:53 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı rəqəmsal manatın yaradılması ilə bağlı tədqiqatlar aparır. Bu istiqamətdə hökumətdə danışıqlar gedir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dekabrın 8-də Bakıda keçirilən V Beynəlxalq Bankçılıq Forumunda deyib.