Almaniya-Azərbaycan birgə Proqramından indiyədək 480 sahibkar və menecer faydalanıb

2021.12.08 14:52 (UTC+04:00)

İnnovativ texnologiyaların və yeni biznes modellərin öyrənilməsi və daxili iş proseslərində tətbiqi üçün KOB-ların beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakı KOBİA tərəfindən dəstəklənir.

Bu barədə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov dekabrın 8-də Bakıda keçirilən V Beynəlxalq Bankçılıq Forumunda deyib.

O qeyd edib ki, “Azərbaycanda biznes menecerlərinin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində KOB-ların nəzəri və praktik biliklərinin artırılması, Almaniyanın müəssisələrində istifadə edilən idarəetmə metod və texnoloji təcrübələr barədə yerində tanış olmaq imkanı yaradılır. Bu günədək 480 sahibkar və menecer bu proqramdan faydalanıb.