Cari ilin dekabrın 1-i vəziyyətinə qeydiyyatda olan aktiv kommersiya qurumlarının sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 13,4 faiz artıb, xüsusi çəkisi isə 59,8 faiz yüksəlib.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,7 faiz artıb.
Ümumiyyətlə isə müqayisə edilən dövrdə kommersiya qurumlarının tərkibində ƏDV ödəyicilərinin sayı 11,3 faiz artaraq 41 min 543 vahid təşkil edib.