Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası hazırlanıb

2021.12.08 14:27 (UTC+04:00)

Azərbaycanın rəqəmsal transformasiya konsepsiyası hazırlanıb.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov dekabrın 8-də Bakıda keçirilən V Beynəlxalq Bankçılıq Forumunda deyib.

“Konsepsiya aidiyyəti dövlət qurumları ilə müzakirə olunub və hazırda hökumətdə baxılmaqdadır”, - deyə nazir müavini qeyd edib.