Vüsal Qasımlı: Dövlət Proqramının 3 ildə ümumi icra nəticəsi 73 faiz səviyyəsində qiymətləndirilir

2021.12.08 14:10 (UTC+04:00)

“2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində planlaşdırılmış tədbirlərin 70,3 faizinin icrası yekunlaşıb, 4,6 faizi qismən icra olunub, 25,1 faizi isə icra olunmamış hesab edilir.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı dekabrın 8-də Bakıda keçirilən V Beynəlxalq Bankçılıq Forumunda deyib.

O bildirib ki, Proqramın 3 il ərzində ümumi icra nəticəsi 73 faiz səviyyəsində qiymətləndirilir. Proqram çərçivəsində rəqəmsal ödənişlərin institusional mühitinin daha da yaxşılaşdırılması 83 faiz, bank sektorunun yenidən canlandırılması 54,5 faiz, rəqəmsal ekosistemin formalaşdırılması 70 faiz, rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi 100 faiz icra olunub.