Azərbaycanda rəqəmsallaşma yönümlü tədbirlər nəticəsində bu ilin on ayında kartlarla aparılan ödənişlərin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisə 74 faiz artaraq 8,6 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Mərkəzi Bankı sədrinin birinci müavini Alim Quliyev dekabrın 8-də Bakıda keçirilən V Beynəlxalq Bankçılıq Forumunda deyib.
A.Quliyev qeyd edib ki, nağdsız ödənişlərin ümumi kartlara ödənişlərin həcmində payı 30 faizə çatır.