Yanvar-noyabr ayları ərzində 10 min 769 kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,5 faiz çoxdur.
Dövlət Vergi Xidmətindən bildirilib ki, hesabat dövründə qeydiyyatdan keçmiş kommersiya qurumlarının 90,7 faizi yerli investisiyalı, 9,3 faizi xarici investisiyalı müəssisələrdir.
Kommersiya qurumlarının 82,8 faizi elektron qaydada, 17,2 faizi isə kağız daşıyıcıları vasitəsilə edilmiş müraciətlər əsasında qeydə alınıb, onlardan 2529-nun (ümumi qeydiyyatın 23,5 faizi) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin olunub.
Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 92,7 faiz təşkil edib.
Ötən ilin mart ayından etibarən başlanan 1 illik azalma dövründən sonra ardıcıl doqquz ayda (2021-ci ilin mart-noyabr ayları) qeydiyyatın sayında artım müşahidə olunub.