Kartlarla aparılan təmassız ödənişlərin sayı və həcmi artıb

2021.12.08 12:02 (UTC+04:00)

Bu ilin on ayında kartlarla aparılan təmassız ödənişlərin sayı və həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9 və 6,3 dəfə artıb.

Bu barədə Azərbaycan Mərkəzi Bank sədrinin birinci müavini Alim Quliyev dekabrın 8-də Bakıda keçirilən V Beynəlxalq Bankçılıq Forumunda deyib.