Azərbaycanda startap ekosisteminin qurulması üçün qanunvericilik bazası hazırlanıb.
Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rövşən Rüstəmov dekabrın 8-də Bakıda keçirilən V Beynəlxalq Bankçılıq Forumunda deyib.
Nazir müavini qeyd edib ki, qanunvericilik bazası yaxın günlərdə geniş müzakirəyə təqdim olunacaq.