Bakıda V Bankçılıq Forumu keçirilir

2021.12.08 10:55 (UTC+04:00)

Dekabrın 8-də Bakıda V Beynəlxalq Bankçılıq Forumu işinə başlayıb.

“Nağdsız iqtisadiyyat: etibarlı, təhlükəsiz və dayanıqlı” mövzusunda keçirilən forum “MasterCard”ın tərəfdaşlığı ilə baş tutub.

Forumda “Rəqəmsal bank”, “Hər cihazda bankçılıq”, “Platforma bankçılığı və rəqəmsal ekosistem”, “İnnovativ ödəniş ekosistemi”, “Rəqəmsal valyutalar: mərkəzi banklara gedən yol”, “Blokçeyn texnologiyası: maliyyə xidmətlərində tarixi layihələr”, “Təkmilləşən ekommersiya: artan tələb”, “Komplaynsa fokuslanma”, “Distant bankçılıq: təhlükəsiz identifikasiya”, “Yeni normal: yeni kibertəhlükəsizlik trendləri” mövzuları ətrafında müzakirələr aparılacaq.

Forum dekabrın 9-da işini davam etdirəcək.