Mikayıl Cabbarov: Bu il qeyri-neft məhsullarının ixracı 2,6 milyard dolları ötəcək

2021.12.07 15:25 (UTC+04:00)

Dayanıqlı inkişaf prioritetlərimizə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsi və şəffaflığın artırılması istiqamətində səylərimizi davam etdiririk.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, yenilənmiş proqnozlara görə, bu il Azərbaycanda qeyri-neft məhsullarının ixracı rekord həddə çataraq 2,6 milyard dolları ötəcək.