Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Adıyaman Ticarət Birjasının məclis sədri Abdullah Tutak ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə KOB-lar arasında əlaqələrin genişləndirilməsinə, birgə investisiya layihələrinin icrasına və agentliyin bu istiqamətdə göstərə biləcəyi dəstək və xidmətlərə dair fikir mübadiləsi aparılıb.