Əlilliyi olan şəxslərə qulluq edənlərdən tələb olunan sənədlər

2019.04.04 11:27 (UTC+04:00)

Prezident İlham Əliyevin "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında" 25 fevral 2019-cu il tarixli sərəncamına əsasən, I qrup əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə Prezidentin aylıq təqaüdü (50 manat) təsis edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu təqaüdlərin ödənişinin necə aparılması və təyin olunması üçün hansı sənədlər tələb edilməsi ilə bağlı açıqlama verib.

Bildirilib ki, sağlamlıq imkanları məhdud uşaqlara qulluq edənlərə təyin olunmuş təqaüdlər onlara ödənilən sosial müavinətlə birgə ödəniləcək. Bunun üçün hər hansı bir sənəd tələb olunmur. I qrup əlilliyi olan şəxslərə qulluğa görə isə təqaüd qulluq edən şəxsin özünə ödəniləcək. İlkin layihədə qulluq edənin müəyyən olunması üçün 3 sənəd tələb edilir: