“Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” İşçi qrupunun növbəti iclası keçirilib.
Onlayn formatda keçirilən iclasda İşçi qrupun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlər, o cümlədən Mülki, Mülki Prosessual və Vergi məcəllələrinə təklif edilən dəyişikliklər və digər məsələlər, qarşıda duran mühüm vəzifələr müzakirə olunub. Bununla yanaşı, İşçi qrupun 2022-ci il üçün Fəaliyyət Planının layihəsinə daxil edilməsi təklif olunan bir sıra məsələlər, eləcə də şirkətlərdə elektron sənəd dövriyyəsinin təşkili, elektron imzadan istifadə, səhmdarların birjadankənar əməliyyatların, alqı-satqı əqdlərinin notarial qaydada rəsmiləşdirilməsi zamanı qarşılaşdıqları problemlər barədə fikir mübadiləsi aparılıb. Görüşdə aidiyyəti dövlət qurumlarının əməkdaşları ilə yanaşı, özəl sektorun, o cümlədən “Deloitte & Touche”, “PwC Azerbaijan” şirkətlərinin və digər təşkilatların nümayəndələri yaxından iştirak ediblər.
Komissiyanın internet portalında müvafiq səhifəyə keçid: link